Modern.az

NASA orbitə 3 peyk buraxacaq

NASA orbitə 3 peyk buraxacaq

Aktual

6 Noyabr 2021, 08:07

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2027-ci ildə kosmosdan tropik qasırğa və tufanları öyrənmək üçün orbitə 3 peyk buraxmağı planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bunu NASA-nın direktoru Bill Nelson qurumun Kosmik Uçuşlar Mərkəzində çıxışı zamanı deyib.

 

B.Nelson bildirib: "NASA-nın yeni geoelmi missiyasını elan etməkdən məmnunam".

 

NASA-nın direktoru qeyd edib ki, layihəyə "INCUS" adı verilib ("Investigation of Convective Updrafts"): "Bunlar üç kiçik peyk olacaq. Onların 2027-ci ildə buraxılacağı gözlənilir. Onlar tropik qasırğaların və tufanların davranışını, o cümlədən onların hava və iqlim modellərinə təsirlərini öyrənəcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?