Modern.az

Koronavirusun ağırlaşmasından qorunmağın YOLU

Koronavirusun ağırlaşmasından qorunmağın YOLU

Aktual

6 Noyabr 2021, 08:45

C vitamininin venadaxili yeridilməsi COVID-19-un ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir.

 

Modern.az Report-a istinadən bildirir ki, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib.

 

Alimlər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.

 

Məlumata görə, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur. Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb.

 

Araşdırma müəlliflərinin fikrincə, C vitamini COVID-19-un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.

 

Müəlliflər, həmçinin COVID-19-un ümumiyyətlə qarşısını almaq üçün C vitamini istifadə etməməyə, əksinə D vitamini qəbul etməyə çağırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?