Modern.az

Peyvənd sertifikatı 9 ay QÜVVƏDƏ OLACAQ  

Peyvənd sertifikatı 9 ay QÜVVƏDƏ OLACAQ  

Aktual

6 Noyabr 2021, 09:27

Avstriyada  noyabrın 8-dən etibarən koronavirusa qarşı sərt qaydalar tətbiq ediləcək.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, otel, restoran, xəstəxana, gözəllik salonlarına yalnız peyvənd olunan şəxslər daxil ola biləcək.

 

Bundan əlavə ölkədə peyvənd sertifikatları 12 ay deyil, 9 ay qüvvədə olacaq. Bütün qapalı ərazilərdə FFP2 maskalarının istifadəsi yenidən məcburi olub.

 

Ölkənin baş naziri epidemiyaya qarşı yeganə qoruma üsulunun peyvənd olduğunu və bu qaydalarını da ona görə tətbiq edildiyini açıqlayıb.

 

 

Nigar Adil

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?