Modern.az

Qazax sakinində “Karabin” aşkarlandı

Qazax sakinində “Karabin” aşkarlandı

Aktual

6 Noyabr 2021, 10:00

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Tural Yaqubov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.

 

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar