Modern.az

Koronavirus xəstəsi küçədə saxlanıldı

Koronavirus xəstəsi küçədə saxlanıldı

Aktual

6 Noyabr 2021, 10:47

Şəkidə polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

 

R.Məmmədov barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?