Modern.az

“Azərpoçt” bayram günlərində işləyəcək

“Azərpoçt” bayram günlərində işləyəcək

Aktual

6 Noyabr 2021, 11:22

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 8 noyabr - Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

Bu barədə Modern.az-a şirkətdən bildirilib.

 

Məlumata görə, bayram günlərində Bakıda yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09.00-dan 18.00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10.00-dan 17.00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09.00-dan 17.00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10.00-dan 17.00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09.00-dan 17.00-a qədər işləyəcək.Regionlardakı Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara xidmət göstərəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?