Modern.az

Baydenin köməkçisində koronavirus AŞKARLANDI

Baydenin köməkçisində koronavirus AŞKARLANDI

Aktual

6 Noyabr 2021, 15:08

ABŞ prezidenti Co Baydeni Avropa səfərində müşayiət edən şəxsdə koronavirus aşkarlanıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, həmin şəxs karantin müddətini başa vurmaq üçün Şotlandiyada qalıb. Ağ evin mətbuat katibi xəbəri təsdiqləyib:

 

"Testin nəticəsi müsbət çıxan şəxsdə virusun heç bir əlaməti yox idi. Gündəlik götürülən test nəticəsində onun koronavirusa yoluxduğu məlum oldu. Həmin şəxs Baydenlə yaxın təmasda olmayıb və karantin müddəti başa çatmaq üzrədir. Hazırda o, Şotlandiyada qalıb", – deyə rəsmi məlumatda qeyd edilib.

 

Nigar Adil

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!