Modern.az

Ceyhun Bayramov iranlı həmkarına zəng vurdu

Ceyhun Bayramov iranlı həmkarına zəng vurdu

Aktual

6 Noyabr 2021, 16:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian arasında telefon danışığı olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

 

 

 

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?