Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42824 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10151, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 26580 nəfərdir.
Ölkədə ümumilikdə vurulan vaksinlərin ümumi sayı, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4992534, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4426631, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 465443 təşkil edir.