Modern.az

“Bərabər yürüdük biz bu yollarda” - TƏQDİMAT

“Bərabər yürüdük biz bu yollarda” - TƏQDİMAT

Aktual

6 Noyabr 2021, 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda millət vəkili Məlahət İbrahimqızının Azərbaycanla Türkiyə arasındakı əbədi qardaşlıq və dostluğa həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə  Azərbaycan və Türkiyədən millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Tədbirdəki çıxışlarda Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrinə xüsusi diqqət ayrılıb. 2-ci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı xoş sözlər söylənilib. Azərbaycanın müharibədə 44 gün ərzində Türkiyənin mənəvi dəstəyini hiss etdiyini xatırladan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, "Təqdim olunan kitabda iki ölkə prezidentinin dostluğu və etibarı yer alıb.

 

Kitab Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və sevgi kitabıdır" deyib. Türkiyənin Azərbaycandakı  səfiri Cahit Bağcı bildirib ki, prezident Ərdoğanın siyasi mövqeyini  simvolizə edən “ birlikdə yürüdük biz bu yollarda” sözləri Azərbaycanla əlaqələri bütünlüklə əhatə edəcək hala gəlib.

 

Ankara Universitetinin rektoru, kitabın rəyçisi professor Necdet  Ünüvar qeyd edib ki, Türkiyə və Azərbaycan liderləri zəfərə aparan çətin yolu birlikdə keçiblər: "İki liderin getdiyi yol o qədər yaxındır ki, Türkiyənin olmadığı bir görüşdə kimsə Türkiyə əleyhinə danışarkən Əliyev   "Türkiyə burada yoxdursa, mən varam" deyir. Ərdoğan da hər platformada Azərbaycanı dəstəkləməyə davam edir. 

 

Millət vəkili, kitabın ideya müəllifi Məlahət İbrahimqızı, diqqəti "Şuşa Bəyannaməsi”nə yönəldərək bu tarixi sənəddən sonra  Türkiyə və  Azərbaycan arasındakı dostluğa heç bir gücün  mane ola bilməyəcəyini söyləyib: “Dostluğumuzu, qardaşlığımızı pozmağa çox cəhdlər oldu. Amma heç biri alınmadı. Türkiyə və Azərbaycan bir yerdə irəlilədi, bundan sonra da irəliləməyə davam edəcək”.

 

Qeyd edək ki, kitabda Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışları, müraciətləri, bəyanatları və  fotoları yer alıb. Kitabın ideya müəllifi və nəşrə hazırlayanı Məlahət İbrahimqızı, rəyçilər Necdət Ünüvar, Əhliman Əmiraslanov, redaktoru Öznur Çalıkdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?