Bakıda itkin düşən yeniyetmə tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı Alina Cavadova sinif yoldaşının yanında olub.
Yeniyetmə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.
***
20:40
Bakıda Cavadova Alina adlı yeniyetmə qız itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə Alinanın anası Oksana Cavadova məlumat verib.
O bildirib ki, qızı bu gün saat 11:30 radələrində taksi ilə evə yollanıb. Günəşli qəsəbəsində yerləşən “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.
O, qızını görənlərdən Daxili işlər Nazirliyinə, yaxud onun (050) 389 16 69, (070) 882 00 30 əlaqə nömrələrinə məlumat vermələrini xahiş edib.
Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.