Modern.az

Güləşçimiz dünya çempionu OLDU

Güləşçimiz dünya çempionu OLDU

Aktual

6 Noyabr 2021, 22:25

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

 

Modern.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

 

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

 

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!