Modern.az

Avstriyadan növbəti sərtləşdirmə qərarı

Avstriyadan növbəti sərtləşdirmə qərarı

Aktual

7 Noyabr 2021, 09:51

Avstriyada koronavirusa yoluxma hallarının sürətlə artımı hökuməti pandemiyaya qarşı mübarizə tədbirlərini sərtləşdirməyə vadar edib.


Modern.az xəbər verir ki, Avstriyada gündəlik yoluxma hallarının sayı noyabrın 6-da pandemiya başlayandan ən yüksək həddə çataraq 9943 nəfər olub.

 

Yoluxma dinamikasını nəzərə alaraq bütün ölkə qırmızı zona elan edilib və noyabrın 8-dən yeni məhdudiyyətlər qüvvəyə minəcək. Qaydalara əsasən, ölkə üzrə sosial-ictimai həyatın bir çox sahələrində, ictimai-iaşə və restoranlar kimi qapalı məkanlara ya peyvənd olunmuş, ya da xəstəlikdən sağalmış şəxslərin girişinə icazə veriləcək.

 

Həmin məkanlara test olunaraq giriş artıq keçərli sayılmır.


Yeni qaydanı nəzərə alaraq artıq bir neçə gündür ölkənin bütün federal əyalətlərindəki peyvənd mərkəzlərinə üz tutan şəxslərin sayında artım müşahidə olunur.

 

Oktyabr ayı ərzində peyvənd olunanların gündəlik sayı maksimum 30 min nəfər olurdusa, noyabrın 5-də bu göstərici 55 min nəfərə çatıb.

 


Avstriyada artıq 68 min nəfər koronavirusa qarşı peyvəndin üçüncü dozasını da qəbul ediblər. İlk dəfə peyvənd olunanlarla yanaşı üçüncü dozaya görə müraciətlərin artacağını nəzərə alaraq, bütün federal əyalətlərdə peyvənd mərkəzlərinin əməkdaşlarının sayı artırılıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?