Modern.az

Binəqədidə Zəfər Günü - FOTOLAR

Binəqədidə Zəfər Günü - FOTOLAR

Aktual

7 Noyabr 2021, 11:31

Binəqədi rayonunda 8 Noyabr- "Zəfər Günü"nə həsr edilmiş silsilə tədbirlər davam edir.


Modern.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon ərazisində fəaliyyət göstərən 83 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə “Dəmir yumruq “ adlı tədbir keçirilib.

 


Tədbirdə məktəbin Şəhidlik zirvəsinə ucalmış məzunları Rövşən İsmayılov və Cəmil Nəcəfovun anaları Mətanət ana və Təranə ana, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şəhid Yasər Əhmədovun bacısı məktəbin rus- dili müəlliməsi Aynur Əhmədova, Vətən müharibəsi qaziləri- Ceyhun Sədrayev, Elvin Abışov, müharibə iştirakçıları Rövşən Talıbov, məktəbin rəhbərliyi, valideyn və şagird kollektivi iştirak edirdilər.

 


Əvvəlcə məktəb-liseyin şagirdləri tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilmiş, daha sonra bədii kompozisiya təqdim olunub.

 


Məktəbin direktoru çıxış edərək şəhid analarını və qonaqları salamlayaraq Vətən müharibəsi haqqında məktəbdə görülən işlərin hesabatını verib.

 

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi Qələbə münasibətilə hər kəsi təbrik edib.

 


Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri müharibə xatirələrindən söz açaraq gənclərə öz tövsiyələrini söyləmiş və onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 


Tədbirin gedişatında məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş olunub.

 

Sonda Şəhid anaları çıxış edərək öz övladları haqqında danışmış və şagirdlərə təşəkkür ediblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?