İraq Daxili İşlər Nazirliyi ölkənin baş naziri Mustafa əl-Kazımiyə sui-qəsd cəhdini terror aktı adlandırıb.
Modern.az İNA agentliyinə istinadən xəbər verir ki, nazirlik açıqlamasında Əl-Kazıminin iqamətgahına 3 dron vasitəsilə hücum edildiyini bildirib. “Baş nazirə hücum terror aktıdır. Sui-qəsd üç PUA-nın köməyi ilə həyata keçirilib, onlardan ikisi vurulub.
Üçüncü PUA Əl-Kazıminin evinə düşüb, nəticədə Baş nazirin bir neçə mühafizəçisi yaralanıb. Onların sayı dəqiqləşdirilməyib.”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, daha əvvəl açıqlamada 10 mühafizəçinin yaralandığı bildirilirdi.