Modern.az

Zəfər Gününün havası

Zəfər Gününün havası

Aktual

7 Noyabr 2021, 13:31

Noyabrın 8-ə olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq.

 

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Noyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?