Modern.az

Türk komandalarından yürüş 

Türk komandalarından yürüş 

Aktual

7 Noyabr 2021, 13:58

Türkiyə komandoları İsparta və İğdır rayonları ərazisində yerləşən Davraz dağına yürüş edib.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

 

Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

 

Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.

 

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?