Modern.az

Komitədən AÇIQLAMA: Şeyx gələn il mütləq "Nobel"...

Komitədən AÇIQLAMA: Şeyx gələn il mütləq

Aktual

7 Noyabr 2021, 14:08

İki ildir ki, bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizədliyi irəli sürülür.

 

Bu il Tibb və sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürülsə də, nəticə əldə olunmayıb.

 


Bəs mükafatın alınmamasının səbəbi nədir?

 


Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov Modern.az-a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar bəzi dəyişikliklər olub, ona görə bu il mükafat alınması baş tutmayıb:

 


“Amma gələn il mütləq alacaq. Növbəti il yenidən sülh üzrə namizədliyini irəli sürüləcək. Bu il və keçən il bizdən asılı olmayan səbəblər idi. Mükafatın alınmamasında da xarici təsirlər olmayıb. Heç xarici qüvvələrin təsirindən söhbət gedə bilməz. Heç orada erməni mütəxəssisləri də yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi