Modern.az

Dünyada koronavirus mənzərəsi

Dünyada koronavirus mənzərəsi

Aktual

7 Noyabr 2021, 18:08

Dünyada koronavirusa yoluxma halların sayı 249 549 888-ə yüksəlib. Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

 

Modern.az  xəbər verir ki, universitetin məlumatına görə, pandemiya ərzində dünyada COVID-19-dan ölənlərin sayı 5 044 893 nəfərə yüksəlib. Qeyd edilir ki, koronavirus əleyhinə peyvənd olunanların sayı 7,2 milyardı keçib.

 

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerdə Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya və digər ölkələr qərarlaşıb.

 

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

 

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?