Modern.az

Qar xərçəngi rekord qiymətə satıldı

Qar xərçəngi rekord qiymətə satıldı

Aktual

7 Noyabr 2021, 18:00

Yaponiyanın Fukui prefekturasında keçirilən balıq auksionunda nadir qar xərçəngi 800 min yenaya (təxminən 7 min dollara) satılıb.

 

Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

 

Qeyd olunur ki, bu, Fukuidə keçirilən illik hərracda qar xərçəngi üçün rekord qiymət olub - alıcı qismində yerli restoranlardan birinin sahibi çıxış edib. O, belə bir dəyərli alışın Yaponiyada koronavirusun yayılması ilə bağlı vəziyyətin sabitləşməsi fonunda ziyarətçiləri cəlb etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

 

Yaponiyada bəzi dəniz məhsulları və həmçinin, meyvə və giləmeyvə növləri yüksək qiymətləndirilir.

 

Bəziləri on minlərlə dollara satılır. Məsələn, keçən il zərif ətri ilə seçilən Yubari qovunu rekord qiymətə - 45 min dollara satılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi