Modern.az

"Qəbələ"dən qələbə

Aktual

7 Noyabr 2021, 17:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında “Zəfər turu” adı verilən 11-ci tura yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, turun növbəti matçında “Qəbələ” səfərdə “Səbail”in qonağı olub. Əyalət təmsilçisi son dəqiqədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib.

 

Turun qapanış matçında isə lider “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.

 

Xatırladaq ki, ilk oyun günündə “Sabah”la “Zirə”nin görüşü heç-heçə (3:3) bitib, “Keşlə” – “Neftçi” matçında isə meydan sahibləri qələbə qazanıblar – 3:2.

 

Azərbaycan Premyer Liqası
10-cu tur
7 noyabr

 

“Səbail” – “Qəbələ” 0:2
Qol: E.Səfərov, 88. M.İsayev, 90+5.
Qırmızı vərəqə: Y.Qoxa, 56 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”, 15:00.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?