Modern.az

Şabranda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi

Şabranda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi

Aktual

7 Noyabr 2021, 18:13

Şabran rayonunun Rəhimli kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
 

Modern.az MediaTürk TV-yə istinadən xəbər verir ki, Şabran Rayon İcra Hakimiyyətinin nümayənələri, şəhid ailələrinin üzvləri, rayon və kənd sakinləri də tədbirdə iştirak ediblər.

 

Abidə-bulaq kompleksində Rəhimli kəndinin şəhidləri ilə yanaşı, qonşu kəndlərdəki Vətən müharibəsi şəhidlərinin də barelyefləri yer alıb. Tədbir iştirakçıları şəhidlərimizin şücaəti ilə bağlı müxtəlif çıxışlar edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi