Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub.
Modern.az "Sputnik-Armeniya" xəbər verir ki, bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 7-də saat 04:20-də Müdafiə Nazirliyinin hərbi hissəsinin döyüş mövqeyində hərbi qulluqçu, kiçik çavuş Qriqor Saakoviç Vardanyan (2001-ci il təvəllüdlü) silahla davranış qaydalarını pozub və nəticəsində ölümcül yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, faktla bağlı araşdırma aparılır.