Modern.az

Hərbi təlim toplanışı başa ÇATDI

Hərbi təlim toplanışı başa ÇATDI

Aktual

7 Noyabr 2021, 19:03

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.

 

Bu barədə Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

 

Toplanışda fərqlənən hərbi vəzifəlilər təltif olunduqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!