Modern.az

Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi

Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi

Aktual

7 Noyabr 2021, 23:23

Bu gün Zəfər Günüdür. Dövlət və xalq olaraq İkinci Qarabağ savaşında tarixi qələbə əldə etdik, işğal altında olan ərazilərin mühüm hissəsini azad etdik, əzəli Azərbaycan torpaqlarında , eləcə də Qarabağın döyünən ürəyində-Şuşada üçrəngli bayrağımız dalğalandı. Müqəddəs şəhidlərimizin qanı yerdə qalmadı!

 

Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri-miskin çuxuru göstərdi, misli bərabəri olmayan hərbi, diplomatik və tarixi dərs verdi.

 

Bəli, ədalətli savaş apardıq və qazandıq!

 

Erməni hərbi birləşmələri biabırçı məğlubiyyətə uğradı, darmadağın edildi, o şəkildə alt-üst edildi ki, düşmən qərinələr boyu əziklik kompleksini yaşayacaq. Təkcə indiki nəsillərin deyil, gələcək nəsillərin də xam xəyalları- “dənizdən dənizə böyük Ermənistan” xülyası nəinki suya düşdü, birdəfəlik qara torpağa gömüldü.


Ehtiyatda olan polkovnik olaraq qürur duyuram, Azərbaycan vətəndaşı olmağın fərəhini yaşayıram, bu sevinci bizə yaşatdığına görə şəhidlərimizin müqəddəs ruhu önündə baş əyirəm, qazilərimizə sonsuz sevgi və ehtiramımı bildirirəm, heç şübhəsiz, cənab Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bayramımız mübarək!

 

Ehtiyatda olan polkovnik, keçmiş millət vəkili Eldar Sabiroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?