Modern.az

Orxan Pamuk Atatürkü təhqir iddiası ilə istintaqa ÇAĞIRILDI

Orxan Pamuk Atatürkü təhqir iddiası ilə istintaqa ÇAĞIRILDI

Aktual

9 Noyabr 2021, 10:55

Nobel mükafatı laureatı türkiyəli yazıçı Orhan Pamukun “Vəba gecələri” adlı romanında Mustafa Kamal Atatürkü və Türk Bayrağını təhqir etdiyi iddiası ilə istintaq başlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, istintaqa dəvət edilən Orxan Pamuk ona qarşı yönəldilən iddiaları rədd edib, əsərində Atatürkü və Türk bayrağını təhqir etmədiyini bildirib.

 

Prokurorluq araşdırma nəticəsində əsərdə təhqir motivli heç nəyin olmamasına qərar versə də, şikayətçi işə yenidən baxılması üçün Sülh Cəza Hakimliyinə geri göndərib. Hakim əsərdə böhtan elementlərinin olduğunu dedikdən sonra prokurorluq Orxan Pamuka qarşı yenidən istintaqa başlayıb.

 

Nigar Adil  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?