Modern.az

Saakaşvilinin tərəfdarları gecəni küçədə keçiriblər

Saakaşvilinin tərəfdarları gecəni küçədə keçiriblər

Aktual

9 Noyabr 2021, 11:00

Noyabrın 8-də Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və digər tərəfdarlar bütün gecəni Tbilisidə, Hökumət Evi yaxınlığında keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.

 

“Gecəboyu gücləndirilmiş polis dəstələri fəaliyyət göstərib. Gecə saatlarında Hökumət Evində vəziyyət bir neçə dəfə gərginləşsə də, həbslər olmayıb. Səhərə qədər etirazçıların sayı nəzərəçarpacaq dərəcədə azalmışdı, lakin polis təhlükəsizlik məqsədilə hələ də binanın girişinin yaxınlığında dəmir hasarlar çəkib. Hazırda Hökumət Evində vəziyyət sakitdir”,-  deyə məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...