Modern.az

Şəhid övladları əsgər yeməyi yedi - FOTOLAR

Şəhid övladları əsgər yeməyi yedi - FOTOLAR

Aktual

9 Noyabr 2021, 11:36

“YAŞAT" Fondunun “Zəfər” yarmarkası davam edir. Modern.az xəbər verir ki, yarmarka çərçivəsində şəhidlərimizin övladları onlar üçün qurulan səhra yəməkxanasında əsgər yeməyindən dadıblar.

 

Həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində “Dəmir Yumruq” kompozisiyası səhnələşdirilib.

 

29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

 

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

 

Sponsorlar: “Bakcell”, “İDEART” MMC

 

Dəstəkçilər: Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), "ABAD" publik hüquqi şəxsi, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərişıq" ASC, 156 -Evakuasiya Xidməti, "NIGROUP" MMC, Bakı Strafor Kəsim Mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı

 

Media tərəfdaşları: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) Real TV, ASAN Radio

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?