Modern.az

Qubada mal-qara oğruları saxlanıldı

Qubada mal-qara oğruları saxlanıldı

Aktual

9 Noyabr 2021, 12:16

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, vətənaşlardan daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Emin Maxsudov və Tərlan Ağamirzəyevin qabaqcadan əlbir olaraq Quba şəhəri ərazisindən 7 baş xırdabuynuzlu və rayonun Alekseyevka kəndində yerləşən otlaq sahəsindən 2 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən edilib.

 

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlı kəndi ərazisindən 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari saxlanılıb.

 

Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu bazar ərazisindən bir ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb.

 

Faktlarla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?