Modern.az

Mexikoda Zəfər Günü aksiyası

Mexikoda Zəfər Günü aksiyası

Aktual

9 Noyabr 2021, 13:36

 

Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Meksikada yaşayan diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü ilə yerləşdirilmiş reklam lövhəsinin üzərində üçrəngli dövlət bayrağının, Şuşa şəhərinin, Qarabağın tarixi abidələrinin təsviri və ispan dilində “Zəfərin mübarək, Azərbaycan!” şüarı əks olunub.

 

Qeyd edək ki, reklam lövhəsində üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın bir ay müddətində yerləşdirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?