Modern.az

Tokioda Zəfər Günü AKSİYASI

Tokioda Zəfər Günü AKSİYASI

Aktual

9 Noyabr 2021, 15:12

Yaponiyanın Tokio şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan həmvətənlərimiz və ölkəmizin yaponiyalı dostları iştirak ediblər. 

 

Onlar Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo”, “Shinjuku” və “Takadanobaba” stansiyalarının qarşısında, Azərbaycanın Yaponiyadakı səfirliyində və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” və “Pamukkale” restoranlarında, “LDS Group” şirkətinin üzvü olan yapon investorların Okinava toplantısında məlumatlandırıcı aksiya keçiriblər.

 

Aksiya zamanı mərkəzin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış maskalar və broşürlər Tokio sakinlərinə paylanıb, onlara Azərbaycan və Zəfər Günü barədə ətraflı məlumat verilib. Maskaların üzərində Azərbaycan, ingilis və yapon dillərində “Qarabağ Azərbaycandır!” sözləri  və Qələbə rəmzi olan Xarı bülbülün təsviri yer alıb.

 

Qeyd edək ki, maskaların üzərinə yerləşdirilmiş QR-kodu oxutmaqla Vətən müharibəsi, onun tarixi və qazanılmış möhtəşəm Zəfər barədə Heydər Əliyev Fondu tərəfindən ingilis dilində hazırlanmış məlumatlarla tanış olmaq mümkündür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?