"Hərtərəfli və dayanıqlı sülhə doğru irəliləyiş üçün həll olunmamış məsələlər həll olunmalıdır".
Modern.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" paylaşımında bildirib.
Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, bu gün 30 ildən artıq davam edən münaqişədə həlak olan və münaqişənin ağır təsirlərinə məruz qalan şəxslərin hamısını yad edirik:
"Hərtərəfli və dayanıqlı sülhə doğru irəliləyiş və Ermənistan və Azərbaycan xalqılarının gələcəyə doğru birgə irəliləməsi üçün həll edilməmiş məsələlər həll edilməlidir. Avropa İttifaqı sizin və regionun yanındadır".