Modern.az

Mirzoyan da Fransaya gedir

Mirzoyan da Fransaya gedir

Aktual

9 Noyabr 2021, 15:54

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-12-də Fransada səfərdə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  

 

 O, YUNESCO-nun Baş konfransının Parisdə keçiriləcək 41-ci sessiyasında iştirak edəcək.

 

A.Mirozyan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

 

Məlumata görə, Ermənistan XİN-in başçısı 4-cü Paris Sülh konfransının açılış mərasimində də iştirak edəcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Paris şəhərinə yola düşüb. İki ölkə rəsmisinin birlikdə görüşəcəyi ehtimal olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?