Modern.az

Azərbaycan və Türkiyə hərbçiləri xüsusi məşqlər keçirir - VİDEO

Azərbaycan və Türkiyə hərbçiləri xüsusi məşqlər keçirir - VİDEO

Aktual

19 Aprel 2022, 18:23

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə taktiki-xüsusi məşqlər keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar.

 

Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı