Modern.az

Ermənistan və Rusiya rəsmiləri Cənubi Qafqazı müzakirə etdilər

Ermənistan və Rusiya rəsmiləri Cənubi Qafqazı müzakirə etdilər

Aktual

20 Aprel 2022, 09:06

Ermənistan və Rusiya Federasiyası baş nazirlərinin müavinləri Mher Qriqoryan və Aleksey Overçuk Moskvada ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verib.


"Moskvada Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk arasında işgüzar görüş keçirilib. Tərəflər Ermənistan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər", - Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.


Qeyd olunur ki, görüşdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasına da toxunulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı