Modern.az

“Biz qardaş ölkələr üçün ümid qapısıyıq” – Türkiyə lideri 

“Biz qardaş ölkələr üçün ümid qapısıyıq” – Türkiyə lideri 

Aktual

20 Aprel 2022, 15:03

“Terror təşkilatlarını ölkəmizdə fəaliyyət göstərə bilməyəcək hala gətirmişik”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Biz sərhədlərimizə sızmaların və qaçışların qarşısını böyük ölçüdə ala bilmişik. Gec-tez Suriyanın bir hissəsində çiçəklənməyə çalışan terror təşkilatının başçısını əzəcəyik. Suriyadan Liviyaya, Ukraynadan Fələstinə qədər hər şeyə prinsipial yanaşırıq. Biz elə bir ölkədə yaşayırıq ki, onun hər qarışında can və mal təhlükəsizliyi var. Biz bütün dost və qardaş ölkələr üçün ümid qapısıyıq. Millətimizə söz verdiyimiz kimi, investisiya, məşğulluq, istehsal və ixracla ölkəmizi böyüdürük. Biz bütün imkanlarımızla millətimizin yanında olmağa davam edirik”, - deyə Türkiyə lideri çıxışında vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı