Modern.az

Gəncə terrorunda valideynlərini itirən Sevil nişanlandı - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevil nişanlandı - FOTO

Aktual

4 May 2022, 12:14

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.

 

Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.  

 




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...