Modern.az

Rusiyadan Yaponiyaya SANKSİYA - Baş nazir “qara siyahı”ya düşdü

Rusiyadan Yaponiyaya SANKSİYA - Baş nazir “qara siyahı”ya düşdü

Aktual

4 May 2022, 13:16

Rusiya Yaponiyanın Baş naziri və xarici işlər nazirinin ölkəyə girişini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

 

Bundan başqa 63 Yaponiya vətəndaşına sanksiya tətbiq edilib ki, həmin şəxslərin də ölkəyə daxil olmasına qadağa qoyulub. 

 

Qeyd edək ki, Moskva ilə Tokio arasında İturup, Kunaşir və Şikotan adalarının məxsusluğuna dair danışıqlar ötən əsrin ortalarından davam edir. Kuril adalarının cənub qrupu Yaponiyanın şimalında yerləşir. Bu məsələ Rusiya və Yaponiya arasında diplomatik qalmaqala səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları