Modern.az

Sədr Bakı-Quba yolunun təmirinə şəxsən nəzarət edir - DEPUTAT

Sədr Bakı-Quba yolunun təmirinə şəxsən nəzarət edir - DEPUTAT

Aktual

6 May 2022, 10:15

"Bakı-Quba yolunda təmir işləri davam edir. Ümid edirik ki, budəfəki təmirdən sonra yol uzun müddət istismarda olacaq. Çünki bu istiqamətdə gedib-gələn şəxslər böyük əziyyət çəkirlər".


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Qubadan olan deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin rəhbəri Saleh Məmmədov təmir işlərinin gedişi ilə maraqlanıb, tapşırıqlarını verib.

Deputat bildirib ki, Bakı-Quba yolu daha beton olmayacaq, yola bu dəfə asfalt döşənək:

 

"Bu yol dəfələrlə təmir edilib, amma nəticə ortadadır. Yəqin ki, bu dəfə yol daha keyfiyyətli çəkiləcək. Mən buna inanıram".

 

Qeyd edək ki, Bakı-Quba yolundakı problemlə bağlı deputat parlamentdə məsələ qaldırmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı