Modern.az

İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” - VİDEO

İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” - VİDEO

Aktual

6 May 2022, 13:16

Ermənistanda yenidən etiraz aksiyaları başlayıb.

 

Modern.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər.

 

“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”, - deyə Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan bildirib.

 

O, xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb. 

 

Qeyd edək ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb.

 

 

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar