Modern.az

Nazirlər Kür çayını müzakirə etdilər

Nazirlər Kür çayını müzakirə etdilər

Aktual

7 May 2022, 09:40

6 may 2022-ci il tarixində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ətraf mühitin və bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində əməkdaşlığın artırılması məsələləri öz əksini tapıb. 

 

Eyni zamanda Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd suların inteqrasiyalı idarə edilməsi və səmərəli istifadəsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı