Modern.az

Zelenski döyüşdə fərqlənən azərbaycanlıları TƏLTİF ETDİ

Zelenski döyüşdə fərqlənən azərbaycanlıları TƏLTİF ETDİ

Aktual

7 May 2022, 11:18

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə fərqlənən hərbçiləri təltif edib. Təltif olunanlar arasında azərbaycanlılar da var.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

 

Bildirilib ki, Zelenskinin imzaladığı sərəncama əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub.

 

Təltif edilən azərbaycanlılar Ukrayna Silahlı Qüvvələrində çavuş rütbəsində xidmət aparır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı