Modern.az

Gömrükdə “Marlboro” əməliyyatı

Gömrükdə “Marlboro” əməliyyatı

Aktual

7 May 2022, 13:40

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

Bildirilir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - yatağın alt və üst döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən, 5 400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı