Modern.az

Yeraltı su yataqları yenidən qiymətləndiriləcək

Yeraltı su yataqları yenidən qiymətləndiriləcək

Aktual

7 May 2022, 19:39

Azərbaycan ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə qeyd olunub.

 

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları