Modern.az

Gürcüstanın bütün bölgələrində “Şuşa İli” qeyd olunacaq

Gürcüstanın bütün bölgələrində “Şuşa İli” qeyd olunacaq

Aktual

7 May 2022, 22:45

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Bu münasibətlə Gürcüstanın bütün bölgələrində musiqili ədəbi-bədi tədbirlər keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib.

 

“Azərbaycanın 44 günlük Vətən müharibəsində Gürcüstan dövlətinin və bu ölkədəki soydaşlarımızın dəstəyini hiss etmişik. İnanırıq ki, bu tədbirlər Gürcüstandakı soydaşlarımızın da ürəyincə olacaq” - diplomat deyib.

 

Səfir xatırladıb ki, Azərbaycan dövləti sülhün və sabitliyin, inkişafın təhlükəsizliyin tərəfindədir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı