Modern.az

Əsəri rekord qiymətə satılan kor rəssam” - krallar, şahzadələr onu ala bilmədi...

Əsəri rekord qiymətə satılan “kor rəssam” - krallar, şahzadələr onu ala bilmədi...

Aktual

8 May 2022, 13:25

Dünya tarixində qadın rəssam tərəfindən çəkilmiş əsərə görə rekord qiymət Corciya O’Kiffə məxsusdur. Sonradan "Kor rəssam" adını alan bu rəssamın əsəri 44.4 milyon dollara satılıb.

 

Modern.az xəbər verir ki, 20 noyabr 2014-cü ildə Kristal-Brics Amerikan İncəsənəti muzeyi onun "Jimson Weed/White Flower No. 1" adlı əsərinə görə Sotbis hərrac evi vasitəsi ilə satışı gerçəkləşmişdi. "Ağ qızılgül" adlı dünyaca məşhur olan əsərə görə, hətta vaxtilə krallar, şahzadələr də "elçi düşüb".

 

İordaniya və Səudiyyə Ərəbistanı kralları bir zamanlar əsəri almağa çalışsa da, hərrac mərkəzləri bu sirrli qadın rəssamın əsərini onlara satmaqdan imtina edib.

 

O’Kiff uğurlu qadın rəssam kimi Amerikada bir çox qadına ilham və cəsarət verməsi ilə yanaşı, Amerikada modernizm cərəyanının təməlini atanlardan biri olub.

 

O Viskonsində dünyaya gəlib. Virciniya, Çikaqo və Nyu Yorkda rəsm təhsili alıb. 

 

Yaradıcılığına 1915-ci illərdə kömür abstraksiyaları ilə başlayıb. Əvvəllər rəsmlərində təqlidçilik sezilsə də, 1920-ci illərin əvvəllərində öz üslubunu tapıb.

 

“İnək kəlləsi: Qırmızı, Ağ və Mavi” rəsmi o dövrdə trendə çevrilmiş Amerika mədəniyyətinə aid əsərlərə bir işarədir. Rəssamın istifadə etdiyi kəllə və ağ, qırmızı, mavi fon naturalizmi və millətçiliyi, Amerika landşaftı ilə etnik mənşəyi arasındakı əlaqəni təmsil edir. Çoxbilmiş tənqidçilər inək kəlləsinin amerikalıların güc və qüdrətini, buynuzlarını isə İsanın çarmıxına bənzədib. Eyni zamanda, əsərin amerikalıların dininə olan bağlılığını simvolizə etdiyini iddia edirlər. Halbuki, bu sadəcə O’Kiffin bir zarafatıydı. “Hansısa rəsmi bu üç rəngə boyasan, olar sizə müqəddəs Amerika mədəniyyəti” demişdi. Bu inək kələsini də təsadüfən tapmışdı və rəsmini çəkmək istəmişdi.

 

“Qoç kəlləsi, ağ gülxətmi və təpələr” əsərini də Nyu-Meksikoda çəkib. Rəsmdə görünən təpələrə heyranlığı vardı, evinin pəncərəsindən hər gün bu səhnəni uzun-uzun seyr edərmiş.

 

Qoç kəlləsini də dağları ən yaxşı şəkildə ifadə edəcəyini düşünərək seçib, çiçəyi isə sonradan əlavə etmək ağlına gəlib. 

 

1972-ci ildə O’Kiff görmə qabiliyyətini itirib. Buna görə də artıq yağlı boyalarla rəsm çəkə bilməyib və 1984-cü ilə qədər yalnız qələmlərlə işləyib. 1976-cı ildə sənət haqqında kitab yazıb və özü barədə film çəkilməsinə icazə verib. 2009-cu ildə baş rolları Koan Allen və Ceremi Ayronsun oynadığı “Ceorciya O’Kiff” filmi çəkilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı