Modern.az

Şuşa yolundakı tunellərin tikintisindən yeni FOTOLAR

Şuşa yolundakı tunellərin tikintisindən yeni FOTOLAR

Aktual

8 May 2022, 15:23

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun üzərindəki tunellərin inşası davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

 

Bildirilib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir.

 

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

 

Tikintidən yeni fotoları təqdim edirik:

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı