Modern.az

Ukraynanın 1-ci xanımı müharibə dövründə ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Ukraynanın 1-ci xanımı müharibə dövründə ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Aktual

9 May 2022, 10:02

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya müharibə zamanı ilk dəfə ictimaiyyət qarşısına çıxıb.


Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, dünən Y.Zelenskaya ABŞ-ın birinci xanımı Jill Bayden ilə görüşmək üçün Ujqorod şəhərinə gedib. ABŞ-ın birinci xanımı Şərqi Avropa turnesi çərçivəsində Ukraynaya səfər edib. Jill Bayden Slovakiya və Rumıniyaya da gedərək, burada ukraynalı qaçqınlarla görüşüb.

 

Təhlükəsizlik səsəbiylə Jill Baydenin Ujqoroda gəlişi və görüş mümkün qədər məxfi saxlanılıb.


Zelenskaya Baydeni Rusiya ilə müharibədə evlərini, təhlükəsizliyini və yaxınlarını itirmiş ukraynalılarla tanış edib. Birinci xanımlar müvəqqəti olaraq köçkün düşmüş ukraynalılarla görüşüb, onların hekayələrini dinləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı