Modern.az

Yolu keçmək istəyən piyada xəstəxanalıq oldu

Yolu keçmək istəyən piyada xəstəxanalıq oldu

Aktual

9 May 2022, 11:19

Mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb. 

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...