Modern.az

Hakerlər Putinin çıxışı zamanı hücuma KEÇDİ

Hakerlər Putinin çıxışı zamanı hücuma KEÇDİ

Aktual

9 May 2022, 14:00

Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirilən hərbi paraddakı çıxışı yayımlanarkən “Lenta.ru” nəşri hakerlərin kiber hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Vladimir Todorov bildirib.

 

Putinin çıxışı zamanı ekranlarda Ukrayna ilə bağlı mesaj əks olunub: "Minlərlə ukraynalının və yüzlərlə uşağın qanı sizin əllərinizdədir. Televiziyalar və rəsmilər yalan danışırlar. Savaşa yox!".

 

Eyni zamanda sayta Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatına qarşı yönəlmiş materiallar yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları